Faydalı
Əzgil bu xəstəliklərə dərmandır:
Faydalı
232

Əzgil bu xəstəliklərə dərmandır: faydaları sizi təəccübləndirəcək

Əzgil həm qədim təbabətdə, həm də müasir təbii müalicə üsullarında dəyərli sayılan meyvələrdəndir. Xüsusilə payız və qış aylarında orqanizmi gücləndirmək üçün əvəzsizdir.

E-saglam.az xəbər verir ki, tərkibində C vitamini, dəmir, lif və antioksidantlar olan əzgil bir çox sağlamlıq probleminə qarşı təbii dəstək kimi tövsiyə olunur.

Mütəxəssislərin fikrincə, əzgil xüsusilə soyuqdəymə, boğaz ağrısı və öskürəyə qarşı faydalıdır. Onun iltihab əleyhinə xüsusiyyətləri orqanizmi infeksiyalara qarşı qorumağa kömək edir.

Bağırsaq problemlərindən əziyyət çəkənlər üçün də əzgil əla seçimdir. Təbii liflərlə zəngin olan bu meyvə həzmi yaxşılaşdırır, qəbizlik problemini azaldır.

Əzgil həmçinin qaraciyər və böyrək fəaliyyətini dəstəkləyir. Orqanizmdən toksinlərin atılmasına kömək edərək bədəni təmizləyir və enerji verir.

Təzyiqi tənzimləmək, damar sağlamlığını qorumaq və immuniteti gücləndirmək istəyənlər üçün əzgil faydalı və təhlükəsiz bir təbii vasitədir. Lakin hər bir bitki kimi, onu da miqdarında və düzgün şəkildə qəbul etmək tövsiyə olunur.

Qeyd: Xüsusi xəstəlikləri olan şəxslər həkimlə məsləhətləşmədən istifadə etməməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun