Tibbi xəbərlər
Gecə yarısı tez-tez oyanmaların əsas səbəbi
Tibbi xəbərlər
103

Gecə yarısı tez-tez oyanmaların əsas səbəbi məlum olub

Nevroloq Stella Maris Valensi gecə yarısı tez-tez oyanmaların səbəbləri barədə danışıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyətin ən əsas səbəblərindən biri ağır stressdir. Sinir gərginliyi yuxu üçün vacib olan hormonların səviyyəsinə mənfi təsir göstərir və kabuslara da yol aça bilər.

Valensi bildirib ki, yuxu pozğunluğuna yalnız psixoloji deyil, fiziki amillər də səbəb ola bilər. Bunlara tez-tez sidiyə getmək, yuxu apnesi, turşu reflüsü, qarın bölgəsində artıq çəki, soyuqdəymə, yaşlanma və yataq otağında narahat temperatur aiddir.

Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün mütəxəssis aşağıdakı tövsiyələri verir:

  • Eyni vaxtda yatmaq və oyanmaq

  • Otaqda rahat temperaturun təmin edilməsi

  • Axşam ağır yeməklərdən çəkinmək

  • Fiziki aktivliyi artırmaq

  • Yatmazdan əvvəl telefon, planşet kimi cihazlardan uzaq durmaq

  • Alkoqoldan imtina etmək

Həkim əlavə edib ki, bu kimi sadə qaydalarla yuxunun bölünməsi və keyfiyyətin aşağı düşməsinin qarşısını almaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun