Tibbi xəbərlər
Göldə üzmək faciə ilə nəticələndi:
Tibbi xəbərlər
151

Göldə üzmək faciə ilə nəticələndi: kişi infeksiyaya yoluxub kar oldu

Tomskda yerli sakinin istirahəti ciddi sağlamlıq problemi ilə nəticələnib. Təxminən iki həftə əvvəl bir kişi açıq su anbarında üzmək üçün dincəlməyə gedib. Orada üzmək üçün heç bir rəsmi qadağa yox idi. Lakin evə qayıtdıqdan qısa müddət sonra özünü pis hiss etməyə başlayıb və xəstəxanaya müraciət edib.

E-saglam.az xəbər verir ki, həkimlər ona təhlükəli bir bakterial infeksiya – Pseudomonas aeruginosa diaqnozu qoyublar. Bu mikroorqanizm sürətlə yayıla və ciddi fəsadlara, hətta ölümlə nəticələnən hallara səbəb ola bilər. Nəticədə xəstədə ağır otit (orta qulaq iltihabı) inkişaf edib.

İnfeksiya səbəbindən kişi bir neçə həftə ərzində eşitmə qabiliyyətini itirib, həmçinin çənəsində şiş yaranıb və bu səbəbdən yemək çeynəməkdə çətinlik çəkib. Hazırda müalicəsi davam edir, lakin proses ağır və uzunmüddətlidir.

Həkimlər ona yaxın aylarda üzmək, saunaya getməkidmanla məşğul olmaq qadağası qoyublar. Bu hadisə açıq sularda üzərkən gigiyena və təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun