Sağlamlıq
Göz sağlamlığını qorumaq üçün
Sağlamlıq
227

Göz sağlamlığını qorumaq üçün ən faydalı qidalar

Göz sağlamlığını qorumaq və yaşla bağlı dəyişiklikləri ləngitmək düzgün qidalanma ilə mümkündür.

E-saglam.az xəbər verir ki, ümumi praktikant və geriatr Yelena Pavlova tor qişanı qoruyan faydalı maddələrlə zəngin qidaları açıqlayıb. O bildirib ki, görmə zəifləməsini yalnız qida ilə müalicə etmək mümkün olmasa da, oksidləşdirici stressi azaltmaqla gözləri dəstəkləmək mümkündür.

Pavlovanın sözlərinə görə, pəhrizdə xüsusilə üç qida qrupu önəmlidir.

Lutein və zeaksantin tor qişa hüceyrələrini qoruyur. Bu maddələr yumurta sarısında, ispanaqda, kələmdə, qarğıdalıda və balqabaqda olur.

Omeqa-3 yağ turşuları quru göz sindromunun qarşısını alır və fotoreseptorların funksiyasını dəstəkləyir. Mənbələrə qızılbalıq, skumbriya, sardina və zeytun yağı daxildir.

C və E vitaminləri, həmçinin sink kimi antioksidantlar göz toxumasının qocalmasını yavaşladır. Sitrus meyvələri, qoz-fındıq, bolqar bibəri və paxlalılar bu maddələrlə zəngindir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun