Psixologiya
Gülüş, yoxsa ürək: Emojilər xarakterinizdən
Psixologiya
418

Gülüş, yoxsa ürək: Emojilər xarakterinizdən xəbər verir

Gündəlik yazışmalarda istifadə etdiyimiz emojilər təkcə əhval-ruhiyyəmizi deyil, şəxsiyyətimizi də əks etdirə bilər.

 

E-saglam.az xəbər verir ki, psixoloqlar bildirirlər ki, insanlar daha çox istifadə etdikləri emoji ilə xarakterlərini də ortaya qoyurlar.

? Ucadan gülmək – Şən və pozitiv insanları simvollaşdırır. Bu emojini sevənlər çətin anlarda belə gülümsəməyi bacarır.

❤️ Qırmızı ürək – Sevgi dolu, sadiq və duyğusal insanlara aiddir. Romantik və münasibətlərə önəm verənlərin seçimidir.

? Ters təbəssüm – Duyğularını gizlədən, lakin içində fırtınalar yaşayanların göstəricisidir. Həm də zarafatla özünü müdafiə edənlərdə olur.

? Eynəkli gülümsəmə – Özünə güvənən, “sərin” və hər zaman diqqət çəkən insanlara uyğun gəlir.

? Kloun üzü – Özünə gülməyi bacaran, amma içində fərqli tərəfləri olan insanları göstərir. Cəmiyyətə qarşı yumorla cavab verənlərin emojisi sayılır.

? Düşünən üz – Sual verməyi sevən, təfərrüatlara diqqət edən, analitik düşüncəli insanların seçimidir.

✨ Parıltı – Ümidli, yaradıcı və pozitiv enerjili insanları təmsil edir.

? Dırnaq boyası çəkən əl – Özünə qulluq edən, özünü ifadə etməyi sevən və görünüşünə diqqət yetirən insanlara aiddir.

? İlan – Strategiyanı və intuisiyanı sevən, ayıq və ağıllı insanlar tərəfindən istifadə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun