Qidalanma
Gündə nə qədər qarpız yemək olar? - Şəkər xəstələri, diqqət!
Qidalanma
264

Gündə nə qədər qarpız yemək olar? - Şəkər xəstələri, diqqət!

Dadlı və faydalı qarpız yay mövsümünün vazkeçilməzidir. Lakin əsasən sudan ibarət olan qarpızı da müəyyən miqdardan çox yemək olmaz.

E-saglam.az xəbər verir ki, rusiyalı həkimlərin fikrincə, böyüklər gün ərzində 500 qr-a qədər qarpız yeyə bilərlər. Bu miqdar sağlam insanlar üçün nəzərdə tutulub. Məsələn, şəkər xəstələri bundan 2 dəfə az və yalnız əsas qida qəbulundan sonra yeyə bilərlər.

"Qarpız şəkərlə zəngindir - 100 qr qarpızda 5-10 qr şəkər var. Bu səbəbdən qarpızın çoxlu miqdarda istehlakı mədəaltı vəzini ciddi şəkildə yükləyir və həmçinin artıq çəkiyə səbəb ola bilər", - alimlər bildirir. /medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun