Sağlamlıq
Gündüz yuxusu olduqca FAYDALI İMİŞ -
Sağlamlıq
219

Gündüz yuxusu olduqca FAYDALI İMİŞ - "Amma 30 dəqiqədən çox yatsanız..."

Gündüz yuxuları stresli iş qrafiki olan insanlara idrak funksiyasını yaxşılaşdırmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə endokrinoloq Oksana Zavalnaya danışıb.

Mütəxəssis qeyd edib ki, gündüz yuxusu konsentrasiyanı və reaksiya sürətini artırır, həmçinin yaddaşı yaxşılaşdırır:

"O, həmçinin stress hormonu kortizol səviyyəsini azaltmağa kömək edə bilər, nəticədə ümumi sakitlik hissi yaranır.

Yatmaqdan maksimum fayda əldə etmək üçün 20-30 dəqiqədən çox yatmaq lazımdır. Daha uzun yatmaq gecələr yuxuya getməkdə çətinlik çəkməyə və oyananda halsızlıq hiss etməyə səbəb ola bilər". (publika.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun