Vakansiya
Hacıqabul Quşçuluq Şirkəti baytar həkim
Vakansiya
10

Hacıqabul Quşçuluq Şirkəti baytar həkim vakansiyası elan edib

Hacıqabul Quşçuluq Şirkəti baytar həkim vakansiyası elan edib.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir:

Vakansiya Hacıqabul rayonunda yerləşir və namizədlərdən toyuq xəstəliklərinin qarşısının alınması, sağlamlaşdırıcı tədbirlərin təşkili və təsərrüfatda zoogigiyenik qaydalara nəzarət tələb olunur.

Baytar həkim həmçinin quşların yem və su təchizatının sanitar keyfiyyətinə nəzarət etməli, dezinseksiya və deratizasiya işlərinin düzgün icrasını təmin etməli və görülən işlərlə bağlı mütəmadi hesabat təqdim etməlidir.

İş şəraiti 6 günlük iş rejimi (08:00–17:00), şirkət tərəfindən təmin olunan nahar və Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidməti ilə təmin edilir. Əmək haqqı müsahibə zamanı müəyyən olunacaq.

Vəzifəyə 22–45 yaş arasında olan, baytarlıq üzrə ali təhsilli və sahə üzrə minimum 1 il təcrübəsi olan namizədlər müraciət edə bilər. Quşçuluq sahəsində təcrübəsi olanlara üstünlük verilir. Şirkət məsuliyyətli, dəqiq, qaydalara əməl edən və komanda ilə işləmə bacarığı yüksək olan namizədləri axtarır.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun