Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb.
E-saglam.az-ın APA-ya istinadən məlumatına görə, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Ayişə Eyvaz qızı Qarayeva gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölüb.
 
                 
                        
                     
             
                         
                         
                         
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                