Həqiqətən kifayət qədər yatdığınızı necə bilirsiniz?
E-saglam.az xəbər verir ki, ispan həkim Alba Qarsiya Araqon hər kəsin optimal yuxu qrafikini təyin etməsinə imkan verən sadə bir üsul izah edib.
Ekspertin sözlərinə görə, universal yuxu norması yoxdur: bəzi insanların gecə beş-altı saat, digərlərinin isə on saata qədər istirahətə ehtiyacı var. Yalnız gün ərzində rifahınızı şəxsən izləməklə nə qədər yuxuya ehtiyacınız olduğunu müəyyən edə bilərsiniz.
Həkim, insanın kifayət qədər yuxu aldığını göstərən əlamətləri sadaladı:
heç bir xüsusi çətinlik olmadan oyanmaq;
gündüz yuxululuğun olmaması;
yüksək konsentrasiya;
sabit əhval-ruhiyyə;
həyatın bütün sahələrində yaxşı nəticələr.
"Lakin, əgər ayağa qalxmaqda çox çətinlik çəkirsinizsə, gün ərzində özünüzü yorğun, əsəbi və ya diqqətiniz yayınmış hiss edirsinizsə, deməli, bəlkə də kifayət qədər istirahət etmirsiniz və ya kifayət qədər yatsanız belə, bu, bərpaedici deyil", - deyə mütəxəssis xəbərdarlıq edib.
Tərcümə: Könül Oruc