Tibbi xəbərlər
Həkim immuniteti gücləndirməyin
Tibbi xəbərlər
173

Həkim immuniteti gücləndirməyin 4 əsas yolunu açıqlayıb

İmmunitet sisteminizi möhkəmləndirmək və xəstəliklərə qarşı daha dayanıqlı olmaq istəyirsinizsə, sadəcə vitaminlərlə kifayətlənməyin.

E-saglam.az xəbər verir k, immunologiya üzrə mütəxəssis Dr. Jenna Makçioçi “Infobae”yə verdiyi açıqlamada immuniteti gücləndirən dörd əsas vərdişi açıqlayıb.

Birinci və ən vacib addım müntəzəm fiziki aktivlikdir. Doktorun sözlərinə görə, hərəkətli həyat tərzi təkcə immun sistemi dəstəkləmir, eyni zamanda ömrü də uzadır.

İkinci vərdiş qida rejiminə nəzarətdir – daha az kalori qəbul etmək və qəlyanaltılardan uzaq durmaq immun sisteminin tarazlıqda qalmasına kömək edir. Xüsusilə, yeməklər arasında fasilə vermək bağırsaq sistemini və maddələr mübadiləsini rahatlaşdırır.

Üçüncü qayda isə antiinflamatuar qidaların istifadəsidir. Zeytun yağı kimi təbii iltihab əleyhinə təsiri olan məhsullar orqanizmi hüceyrə səviyyəsində qoruyur. Makçioçi bu məqsədlə Aralıq dənizi pəhrizini tövsiyə edir.

Dördüncü və sonuncu vərdiş isə liflə zəngin qidaların qəbuludur. Bağırsaq florasının sağlamlığı immunitetin güclü olması ilə birbaşa bağlıdır. Tərəvəz, meyvə və tam taxıllar bu məqsədlə ideal seçimlərdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun