Xəstəliklər
Həkim-infeksionist: Vaksin olunanlar bunları etməlidir!
Xəstəliklər
39

Həkim-infeksionist: Vaksin olunanlar bunları etməlidir!

Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir.

E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, vaksin olunan nahiyəyə su dəyməyin fəsadlara yol açması ilə bağlı deyilənlər yanlışdır:

"Bunlar elmi sübutu olmayan mülahizələr, tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. Vaksin olunmuş şəxs ilk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilər. Bu da təbiidir".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun