İsti havaların başlaması ilə bir çox insan ventilyatorlardan istifadə edir, lakin həkim bütün gecə cihazla yatmağın sağlamlığınız üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, səhiyyə eksperti Naheed Ali izah edib ki, fanat sinuslarda və boğazda quruluğa, həmçinin əzələ gərginliyinə və allergik reaksiyalara səbəb ola bilər. Onun sözlərinə görə, daimi hava axını tozları qarışdırır ki, bu da astma xəstələri və allergiyası olan insanlar üçün xüsusilə zərərlidir.
Riskləri azaltmaq üçün həkim 90 dəqiqəlik bir taymer təyin etməyi, hava axını birbaşa yatağa yönəltməməyi, boğazı nəmləndirmək üçün su içməyi tövsiyə edir. Yataq paltarlarınızı da tez-tez yumaq lazımdır.
Yuxusuzluqla mübarizə aparan və isti havada yatmaqda çətinlik çəkənlər üçün yuxu məsləhətçisi Lindsay Browning-in bəzi sadə, lakin qeyri-adi tövsiyələri var:
Yatmazdan əvvəl qızdırıcı yastığı (termoyastığı) dondurucuya qoyun və sonra soyumuş halda yatağınıza yerləşdirin. Bu, bədəni sərinlədərək yuxuya getməyə kömək edir.
Corab və yastıq üzlərini dondurucuda sərinləyin. Yatmazdan əvvəl onları geyinmək və ya istifadə etmək bədənin temperaturunu aşağı salır.
Bəzi kosmetik məhsulları (məsələn, üz kremi və ya gel) soyuducuda saxlayın. Bu, həm təravətləndirici təsir bağışlayır, həm də dərini sərinlədir.
Su ilə doldurulmuş bir sprey şüşəsi istifadə edin. Yüngülcə üzü və bədəni spreyləmək dərini rahatlaşdırır və istidə sərinlik hissi yaradır.
Tərcümə: Könül Oruc