Tibbi xəbərlər
Həkim qan laxtalanmasının bilinməyən ilk əlamətlərini
Tibbi xəbərlər
367

Həkim qan laxtalanmasının bilinməyən ilk əlamətlərini açıqladı

Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov deyir ki, trombozun simptomlarını tanımaq problemi vaxtında müəyyən etməyə kömək edə bilər, baxmayaraq ki, bəzi hallarda bu, aşkar əlamətlər olmadan baş verə bilər. 

E-saglam.az xəbər verir ki, o, Lenta.ru ilə söhbətində fikirlərini bölüşüb.

Həkim bildirib ki, qan laxtası qollarda və ya ayaqlarda əmələ gələrsə, şiddətli qıcolmalara bənzər ağrılar, şişlik və diskomfort ola bilər. O, əlavə etdi ki, laxtalanma yerindəki dəri qırmızıya çevrilə və toxunduqda isti ola bilər.

"Qarın boşluğunda qan laxtası əmələ gələrsə, şiddətli qarın ağrısı, qusma və ishal baş verə bilər. Ürəyin və ya bədənin yuxarı hissəsinin damarlarında qan laxtalanması ürək xəstəliklərinə oxşar simptomlara səbəb ola bilər - koroner ürək xəstəliyi və digərləri: sinədə ağırlıq və ya ağrı hissi, yuxarı bədəndə ağrı, başgicəllənmə, ürək bulanması" - deyə paylaşdı.

Cərrah qeyd edib ki, qan laxtası ağciyərlərə keçərsə, kəskin döş qəfəsində ağrılar, nəfəs almaqda çətinlik, ürək döyüntüləri tezliyi, qan təzyiqinin çox aşağı düşməsi, başgicəllənmə, huşunu itirmə, nəfəs darlığı, tərləmə, qızdırma, qanlı öskürək ola bilər. 

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun