Ürək sağlamlığını qorumaq üçün qızılbalıq ən faydalı balıqlardan biri hesab olunur.
E-saglam.az xəbər verir ki, bunu amerikalı kardioloq Nina Radford deyib.
Həkimin sözlərinə görə, qızılbalıq omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr orqanizmdə iltihabın azalmasına, damarların fəaliyyətinin yaxşılaşmasına və tromb yaranması riskinin azalmasına kömək edir. Kardioloq qeyd edib ki, qızılbalıqda mal əti və donuz əti ilə müqayisədə daha az doymuş yağ var.
Radford həftədə ən azı iki dəfə, hər biri təxminən 100 qram olmaqla balıq yeməyi tövsiyə edib. Onun fikrincə, qızılbalığı qızartmadan bişirmək daha faydalıdır.
Mütəxəssis bildirib ki, qızılbalığın müntəzəm qəbulu infarkt, insult, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edə bilər.