Qidalanma
Nahara qədər tox saxlayan
Qidalanma
13

Nahara qədər tox saxlayan ideal səhər yeməyi

Səhər yeməyində yumurta yemək gün ərzində daha uzun müddət toxluq hissi yarada bilər.

E-saglam.az xəbər verir ki, bunu amerikalı diyetoloq Danielle Hendricks danışıb.

Mütəxəssis günə iki yumurta ilə başlamağı tövsiyə edir. Onun sözlərinə görə, qaynadılmış, omlet və ya az yağda bişirilmiş iki yumurta təxminən 13 qram yüksək keyfiyyətli zülal ehtiva edir. Bu isə nahara qədər toxluq hissinin qorunmasına kömək edir.

Dietoloq bildirib ki, kifayət qədər zülal qəbulu arıqlama zamanı əzələ kütləsinin qorunmasında da mühüm rol oynayır.

Bundan əlavə, yumurtanın tərkibindəki zülal və faydalı yağlar qan şəkərinin səviyyəsini daha sabit saxlamağa kömək edir. Bu da aclıq hissinin gec yaranmasına və gün ərzində həddindən artıq qida qəbulunun qarşısının alınmasına şərait yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun