Sağlamlıq
Həkim yaz vitamini çatışmazlığının səbəbini
Sağlamlıq
165

Həkim yaz vitamini çatışmazlığının səbəbini açıqlayıb

Həkim Natalya Matveeva yaz hipovitaminozunun - bədəndə bir və ya iki vitamin çatışmazlığının səbəbini izah etdi.

E-saglam.az xəbər verir ki, həkim bildirib ki, yaz aylarında bəzi problemlər qış boyunca təzə yerli meyvə və tərəvəzlərin az olması və yaza qədər ehtiyatların tükənməsi ilə əlaqəli ola bilər.

Lakin mağazalardakı müasir məhsul çeşidləri, məsələn, dondurulmuş və idxal olunmuş tərəvəz və meyvələr, bu təsiri azaldır.

Ekspert qeyd edib ki, əksər insanlar müəyyən səbəblərdən kifayət qədər D vitamini qəbul edə bilmir. Günəşdən alınan enerji yetərli olmadığından, xəstələrə xolekalsiferol ya profilaktik, ya da çatışmazlıq aşkar edildikdə terapevtik dozalarda qəbul etmələri tövsiyə olunur.

Bundan əlavə, payız və qış aylarında xəstəliklərin artması əsasən virus infeksiyalarının mövsümi alovlanması ilə bağlıdır. Yorğunluq həmçinin gündüz saatlarının azalması səbəbindən yaranan stressdən də qaynaqlana bilər ki, bu da əhval-ruhiyyəyə və enerji səviyyəsinə təsir göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun