Tibbi xəbərlər
Həkimdən sümük şişi xəbərdarlığı:
Tibbi xəbərlər
149

Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!

Sümük şişləri nadir olsa da, uşaqlarda və böyüklərdə baş verə bilər.

E-saglam.az xəbər verir ki, Dos. İzmir İqtisadiyyat Universiteti Medical Point Xəstəxanasından Prof. Doktor Burçin Keçeci gecələr şiddətlənən davamlı ağrılara diqqət edilməsi lazım olduğunu, erkən diaqnozun həyat qurtara biləcəyini vurğuladı.

Həkim sümük şişləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan mühüm açıqlamalar verib.

Sümük şişlərinin nadir olmasına baxmayaraq, uşaq və böyüklərdə meydana gələ biləcəyinə diqqət çəkən Prof. Dr. Keçeci bu hallarda davamlı ağrıların ən çox rast gəlindiyinə diqqət çəkdi.

Keçeci xüsusilə gecə saatlarında yaranan və uzun müddət davam edən ağrıların sadə bir idman zədəsi olmadığını və belə hallarda gecikmədən ortopediya mütəxəssislərinə müraciət edilməsi lazım olduğunu vurğulayıb.

Şiş şübhəsi olan xəstələrdə əvvəlcə sümüklərdə anormal formalaşma olub-olmadığını yoxlamaq üçün rentgen çəkilişinə toxunan Prof. Dr. Burçin Keçeci əlavə araşdırma tələb edən hallarda MRT kimi qabaqcıl müayinələrin edildiyini ifadə etdi.

Keçeci sümük şişlərinin yaxşı və bədxassəli iki əsas qrupu olduğuna diqqət çəkərək bədxassəli şişlərin bütün bədənə yayılması və həyatı təhlükə altına alması kimi risklər yarada biləcəyinə diqqət çəkib.

Nəhayət, ictimaiyyəti bu mövzuda həssas olmağa dəvət edən Prof. Doktor Keçeci, "Vücudunuzda səbəbi bilinməyən və uzun müddət davam edən ağrı və ya hiss edilən şişlik hiss edirsinizsə, gecikmədən həkimə müraciət edin. Erkən diaqnoz müalicənin müvəffəqiyyətini əhəmiyyətli dərəcədə artırır".

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun