Tibbi xəbərlər
Həkimlər 12 kiloqramlıq yumurtalıq şişi olan qadını
Tibbi xəbərlər
150

Həkimlər 12 kiloqramlıq yumurtalıq şişi olan qadını xilas etdi

Rusiyanın Orel şəhərində həkimlər yumurtalıqdan qaynaqlanan və bütün qarın boşluğunu tutan 12 kiloqramlıq şişi çıxararaq qadının həyatını xilas ediblər.

E-saglam.az xəbər verir ki, həkimlərin sözlərinə görə, Oksana adlı xəstə uzun müddət tədricən çəki aldığını düşünərək bunu sadəcə çox yeməklə əlaqələndirib. Lakin bir məişət zədəsi nəticəsində ağrılar başlayıb və ultrasəs müayinəsi zamanı nəhəng ölçülü şiş aşkarlanıb. KT müayinəsi şişin yumurtalıqdan başlayaraq ağciyərlərə qədər uzandığını göstərib.

Əməliyyat iki saatdan az çəkib və cərrahlar şişin zədələnməməsi üçün son dərəcə ehtiyatla müdaxilə ediblər. Onkoginekoloq Aleksandr Kvilenkovun sözlərinə görə, xəstə tam müalicə alıb və təkrar əməliyyata ehtiyac yoxdur.

Əməliyyatdan sonra qadının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ümumilikdə 15 kiloqram arıqlayan Oksana bütün qadınlara vaxtında müayinədən keçməyi tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun