Tibbi xəbərlər
Həkimlər nazik neylon kolqotkaların gizli təhlükələri barədə
Tibbi xəbərlər
131

Həkimlər nazik neylon kolqotkaların gizli təhlükələri barədə xəbərdarlıq edirlər

Qadın qarderobunun geniş yayılmış hissəsi olan nazik neylon kolqotkalar düzgün seçilmədikdə və uzun müddət istifadə edildikdə sağlamlıq üçün risk yarada bilər.

E-saglam.az xəbər verir ki, ümumi praktikant Maria Kotova bildirib ki, kolqotkalara qarşı allergik reaksiyalar adətən sintetik materiallardan deyil, onların tərkibindəki əlavə komponentlərdən qaynaqlanır. Lakin əsas təhlükə sıx və forma verən kolqotkaların uzun müddət geyinilməsidir.

Həkimin sözlərinə görə, belə kolqotkalar xüsusilə uzun müddət oturarkən qan və limfa dövranını poza bilər. Bu isə baldır və topuqlarda şişkinliyə, hətta varikoz damarlarının yaranmasına səbəb ola bilər.

Mütəxəssislər kolqotka seçiminə diqqətlə yanaşmağı tövsiyə edirlər. Pambıq və yun kolqotkalar daha təhlükəsiz hesab olunur və gündəlik istifadə üçün uyğundur. Forma verən kolqotkaların isə bir neçə saatdan artıq geyinilməsi məsləhət görülmür.

Adi neylon kolqotkalar da ehtiyat tələb edir. Onlar bədəndə həddindən artıq istilik yarada bilər, soyuq havada isə əksinə hipotermiya riskini artıra bilər. Həkimlər kolqotkaların hava şəraitinə uyğun seçilməsini və 8-10 saatdan artıq geyinilməməsini tövsiyə edirlər.

Eyni zamanda, terapevt Rostislav Romanovski kişi geyimləri ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, uzun müddət termal alt paltarı geyinmək sürtünmə və nəm səbəbilə dəri problemlərinə gətirib çıxara bilər. Bundan əlavə, həddindən artıq istiləşmə reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun