Meksikada həkimlər uşağın bədənində uzunluğu 10 ilə 27 santimetr arasında dəyişən yüzdən çox qurd aşkar ediblər.
E-saglam.az xəbər verir ki, bu barədə “La Republica” nəşri məlumat yayıb.
Yeddi yaşlı uşaq bir neçə gündür dayanmayan mədə ağrısı və qusma ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın orqanizmində 142 parazit aşkar edib və onlar təcili olaraq çıxarılıb.
Meksikada qurdlara yoluxma riskinin ən yüksək həddən artıq yoxsulluq bölgələrində olduğu vurğulanır. Oradan uşaq tibb müəssisəsinə aparılıb. O, əməliyyatdan uğurla sağalıb və həkim Abelina Qomez isə yerli sakinləri parazitlərə yoluxma riskini minimuma endirmək üçün gigiyenaya diqqətlə riayət etməyə çağırıb.
Tərcümə: Könül Oruc