Sağlamlıq
Həkimlərdən xəbərdarlıq: Gecə yuxusunun azalması
Sağlamlıq
266

Həkimlərdən xəbərdarlıq: Gecə yuxusunun azalması ciddi fəsadlara yol aça bilər

Gecə yuxusu vaxtının bir qədər azalması insulin müqavimətinə və şəkərli diabetin inkişafına, həmçinin çəki artımına səbəb ola bilər.

E-saglam.az TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, tibb elmləri doktoru Vera Larina deyib.

O qeyd edib ki, böyüklər üçün gündə yeddi-doqquz saat yuxu kifayətdir və gecə saat 22:00-23:00-da yatmaq məsləhətdir, çünki məhz bu dövrdə orqanizm yuxu hormonu - melatonin istehsal edir. Onun maksimum dozası yığıldıqda, yuxuya getmək daha asandır.

"Melatonin insan orqanizminin bioritmlərini sinxronlaşdırır və ömrü uzadır", - deyə həkim izah edib.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə bildirib ki, gündə 6 saatdan az yatan insanların erkən ölüm riski 30% çoxdur. Həmçinin, yuxu azlığı idrak funksiyasını və məhsuldarlığı 40% azalda bilər.(oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun