Faydalı
Hər gün 3 qoz yeyin və
Faydalı
131

Hər gün 3 qoz yeyin və təsirini görün

Hər səhər səhər yeməyinə sadəcə 3 qoz əlavə etməklə beyninizi, ürəyinizi və dərinizi gücləndirə bilərsiniz.

E-saglam.az-ın məlumatına görə, omega-3, antioksidantlar və vacib vitaminlərlə zəngin olan qoz həm xarici görünüşünüzü, həm də daxili sağlamlığınızı qoruyur. Elmi araşdırmalar bu sadə vərdişin bir çox fayda verdiyini göstərir.

Beyni gücləndirir

Qozun forması təsadüfi deyil – o, beyinə bənzəyir və beyini gücləndirir. Tərkibindəki Omega-3 yağ turşuları (xüsusilə ALA) yaddaş, diqqət və öyrənmə bacarıqlarını dəstəkləyir. Tədqiqatlar qozun Alzheimer və depressiya riskini azalda biləcəyini göstərir.

Ürək sağlamlığını qoruyur

Qoz pis xolesterolu (LDL) azaldır, yaxşı xolesterolu (HDL) isə artırır. Arteriyaların elastikliyini qoruyaraq infarkt riskini azaldır. Ürəyə faydalı qidalar arasında ön sıralarda yer alır.

Antioksidantlarla zəngindir

Qozda güclü antioksidantlar var. Onlar orqanizmi iltihabdan qoruyur və hüceyrə zədələnməsini ləngidir.

Qan şəkərini balanslaşdırır və toxluq hissi verir

Səhər yeyilən qoz qan şəkərini tarazlaşdırmağa və gün ərzində daha tox qalmağa kömək edir. Bu da arıqlamaq istəyənlər üçün faydalıdır.

Dəri və saçları bəsləyir

Qozun tərkibindəki E vitamini, sink və selenyum dərini və saçları qidalandırır, onları daha sağlam və parlaq edir.

Doğru miqdar necə olmalıdır?

Qoz faydalıdır, amma kalorisi yüksəkdir. Gündə 2-4 qoz ideal hesab olunur. (3 qoz təxminən 90-100 kalori edir). Allergiyası olanlar istehlak etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.

Sadəcə 3 qozla hər səhər:

– Beyin fəaliyyətiniz güclənir

– Ürəyiniz qorunur

– Dəriniz canlanır

– Toxluq hissi uzun çəkir

– Orqanizminiz xəstəliklərə qarşı daha davamlı olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun