Faydalı
Hər gün bir stəkan nar suyu içsəniz nə olar? -
Faydalı
632

Hər gün bir stəkan nar suyu içsəniz nə olar? - Ürəyə təsiri elmi olaraq sübut edilib

Nar suyu tərkibindəki güclü antioksidantlarla ürək sağlamlığı üçün olduqca faydalı içkilərdən biridir. Mütəxəssislər bildirirlər ki, nar suyu oksidləşdirici stressi və iltihabı azaldaraq damarları qoruyur və ürəyin fəaliyyətini dəstəkləyir.

E-saglam.az xəbər verir ki, son araşdırmalar göstərib ki, bir il ərzində hər gün bir stəkan (təxminən 240 ml) nar suyu içən şəxslərdə arterial tıxanmalarda 30%-ə qədər azalma müşahidə edilib. Bu təsir əsasən narın tərkibindəki punikalagin və digər polifenol antioksidantlarla izah olunur.

Nar suyu həmçinin:

  • LDL xolesterinin oksidləşməsinin qarşısını alır,

  • Damar qalınlaşmasını azaldır,

  • Qan təzyiqini təxminən 12% endirir,

  • Ürəkdə qan axınını yaxşılaşdırır,

  • Antioksidant fermentlərin aktivliyini artırır.

Ürək-damar xəstəliyi olan şəxslərdə də nar şirəsinin müsbət təsirləri müşahidə olunub. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, nar suyu bəzi qan təzyiqi və qan durulaşdırıcı dərmanlarla qarşılıqlı təsirə girə bilər. Bu səbəbdən mütəmadi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Qeyd: Bu məlumatlar maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət kimi qəbul edilməməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun