Ailə psixoloqu ilə yanaşı, hərbi psixoloq ixtisası da ali təhsil proqramına daxil edilməlidir.
E-saglam.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi nəticəsində ailələrə dəymiş psixoloji sarsıntıların aradan qaldırılması istiqamətində işlər görülməlidir.
 
                 
                        
                     
             
                         
                         
                         
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                