HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər.
E-saglam.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı brifinqdə Report-un sualını cavablandırarkən deyib.
O, HPV vaksini ilə bağlı 1 ildən çoxdur ki, ÜST və Səhiyyə Nazirliyi arasında müzakirə aparıldığını bildirib:
“Azərbaycan Səhiyyə Nazirliyi HPV vaksini ilə bağlı pozitiv fikirdərir. Təxminimə görə, bu vaksin bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər. Bunun üçün müəyyən maliyyə tələb edilir”.