Sağlamlıq
İçməli sudan mikroplastikləri dərhal təmizləyir:
Sağlamlıq
124

İçməli sudan mikroplastikləri dərhal təmizləyir: Çin alimləri sadə üsul aşkarlayıblar

Son illərdə aparılan araşdırmalar göstərib ki, mikroplastiklər qorxuducu dərəcədə yüksək miqdarda qida və içkilərlə bədənimizə daxil olur.

E-saglam.az-ın məlumatına görə, 2024-cü ildə Çin alimləri bu hissəcikləri içməli sudan çıxarmağın təəccüblü dərəcədə asan üsulunu aşkarladılar.

Tədqiqat zamanı alimlər suya mikro və nanoplastiklər əlavə edərək qaynatdılar, sonra isə çöküntüləri süzdülər. Nəticədə bəlli oldu ki, qaynatmaq və süzmək bəzi hallarda plastik hissəciklərin 90 faizinə qədərini sudan təmizləyə bilir. Qaynama prosesi zamanı kran suyunda təbii şəkildə əmələ gələn əhəng (kalsium karbonat) plastiklərin üzərində nazik qabıq yaradaraq onları tuturdu və sudan çıxarılmasına imkan verirdi. Hətta kalsium karbonatı az olan yumşaq suda belə, hissəciklərin dörddə biri təmizlənmişdi.

Alimlər qeyd ediblər ki, bu əhənglə örtülmüş plastiklər sadə paslanmayan polad çay süzgəci vasitəsilə asanlıqla sudan ayrılır. Bu, gündəlik məişət vasitələrindən istifadə etməklə suyu mikroplastiklərdən xeyli dərəcədə təmizləməyin mümkün olduğunu göstərir.

Əvvəlki tədqiqatlar içməli suda polistirol, polietilen, polipropilen və PET hissəciklərinin olduğunu təsdiqləmişdi. Onların bağırsaq mikrobiotasını pozduğu, hətta antibiotiklərə qarşı müqaviməti gücləndirdiyi də məlumdur. Çinli mütəxəssislərin fikrincə, qaynadılmış su içmək qlobal miqyasda mikroplastiklərə məruz qalmanı azaltmaq üçün sadə, lakin effektiv bir yol ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun