Psixologiya
İlk görüşdə xoşagəlməz görünən geyim rəngləri -
Psixologiya
221

İlk görüşdə xoşagəlməz görünən geyim rəngləri - stilist açıqladı

Stilist Donna Kemeron ilk görüşə gedərkən geyim seçiminə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun fikrincə, bəzi rənglər potensial tərəfdaşda xoş təəssürat yaratmaq əvəzinə, onu uzaqlaşdıra bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis ilk növbədə qırmızı rəngli geyimlərdən uzaq durmağı tövsiyə edib. Qırmızı, ehtiras və güc simvolu kimi qəbul olunduğu üçün ilk görüş üçün çox iddialı görünə bilər. Bu isə qarşı tərəfdə narahatlıq və soyuqluq hissi yarada bilər.

Kemeron həmçinin qara rəngin zərif görünməsinə baxmayaraq, bəzi hallarda “çox ağır” təsir bağışladığını və bu səbəbdən ilk görüş üçün uyğun olmadığını bildirib. Onun sözlərinə görə, qara geyim ancaq parlaq makiyajla balanslaşdırıldıqda effektli ola bilər, lakin ilk görüş üçün bu, hər kəsə uyğun deyil.

Stilist boz və bej rənglərə də ehtiyatla yanaşmağı məsləhət görüb. Bu rənglər çox vaxt “təhlükəsiz” seçimi simvolizə etsə də, bəzi hallarda yöndəmsizlik və fərqlənməkdən çəkinmək təəssüratı yaradır.

Donna Kemeron vurğulayıb ki, ilk görüşdə özünü ifadə edən, amma qarşı tərəfi qorxutmayan rənglərə üstünlük vermək daha məqsədəuyğundur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun