Tibbi xəbərlər
İnfarkta aparan
Tibbi xəbərlər
284

İnfarkta aparan səssiz təhlükə

Hipertoniya – hər il minlərlə insanın həyatına təsir edən, lakin əksər hallarda heç bir əlamət göstərmədən irəliləyən səssiz bir təhlükədir.

E-saglam.az xəbər verir ki, Türkiyənin tanınmış mütəxəssislərindən Prof. Dr. Erdinç Yavuz bu xroniki xəstəliyin vaxtında aşkarlanmadığı halda infarktı, insult və digər həyati təhlükə yaradan fəsadlara səbəb ola biləcəyini bildirib.

Prof. Dr. Yavuz hipertoniya xəstələrinin çox zaman simptom hiss etmədiklərinə görə həkimə müraciətdə gecikdiklərini vurğulayıb. O, sağlam insanların belə ildə ən az bir dəfə qan təzyiqini yoxlatmasının vacibliyini qeyd edib: “Əgər təzyiq yüksəkdirsə, nəzarət daha sıx şəkildə aparılmalıdır”.

Mütəxəssis bildirib ki, təkcə dərman qəbul etməklə kifayətlənmək olmaz, təzyiq mütləq nəzarətdə saxlanmalıdır: “Sistolik təzyiq 140 mmHg, diastolik isə 90 mmHg səviyyəsində olmalıdır. Hipertoniyanın fəsadlarından qorunmaq üçün ailə həkiminə müntəzəm müraciət edilməli, xüsusilə də duz istehlakı ciddi şəkildə azaldılmalıdır.”

Prof. Dr. Yavuz qeyd edib ki, Türkiyədə insanlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi normadan təxminən iki dəfə çox duz istehlak edirlər və bu da hipertoniya riskini artıran əsas amillərdəndir.

Sonda o, hipertoniya ilə mübarizədə profilaktikanın rolunu bir daha vurğulayıb: “Qan təzyiqi nəzarətdə saxlanarsa, ürək çatışmazlığı və insult hallarının təxminən yarısının, infarktların isə dörddə birinin qarşısı alına bilər. Müntəzəm müayinələr həyat qurtarır”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun