Tibbi xəbərlər
İnsultda erkən müdaxilə həyati əhəmiyyət daşıyır -
Tibbi xəbərlər
586

İnsultda erkən müdaxilə həyati əhəmiyyət daşıyır - Doğru mərkəz seçimi isə ən vacib amildir!

İnsult – beyin qan dövranının kəskin şəkildə pozulması nəticəsində yaranan təcili tibbi haldır. Bu zaman beyin toxuması oksigensiz və qidasız qaldığı üçün dəqiqələr ərzində zədələnməyə başlayır.

E-saglam.az mövzu ilə bağlı Uzman Nevroloq Aydın Bayramovun məqaləsini təqdim edir:

İnsultun iki növü var:

  1. İşemik insult – beyin damarının tıxanması nəticəsində yaranır.

  2. Hemorragik insult – beyin damarının yırtılması və qanaxma nəticəsində baş verir.

Əlamətləri:

  • Ağız bucağında əyilmə

  • Bir tərəfli qol və ya ayaqda keylik, zəiflik

  • Nitqdə çətinlik və ya anlaşılmaz danışıq

  • Tarazlığın itməsi, başgicəllənmə

  • Ani və güclü baş ağrısı və s.

İnsult zamanı nə etməli?

Simptomlar yarandığı anda xəstə təcili şəkildə xəstəxanaya çatdırılmalıdır.

Hər dəqiqə önəmlidir – vaxtında və düzgün tibbi müdaxilə həyat qurtarır.

Əgər sizdə və ya yaxınlarınızda insult şübhəsi varsa, geniş tibbi heyəti və müasir avadanlıqlarla təchiz olunmuş, 24/7 xidmət göstərən Məlhəm Beynəlxalq Hospital-a müraciət edə bilərsiniz.

Məlhəm İnsult Mərkəzi – doğru diaqnoz, düzgün müalicə yanaşması və peşəkar həkim heyəti ilə hər zaman yanınızdadır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun