Tibbi xəbərlər
İsti havada infarkt və panik atak əlamətləri
Tibbi xəbərlər
38

İsti havada infarkt və panik atak əlamətləri qarışdırıla bilər

Mütəxəssislər isti havalarda bədəndə baş verən dəyişikliklərin infarkt və panik atak əlamətlərini oxşar göstərdiyinə diqqət çəkirlər.

E-saglam.az-ın məlumatına görə, bu hallarda sinə ağrısı, nəfəs darlığı, ürək döyüntüsü kimi simptomlar həm infarktın, həm də panik atakın göstəricisi ola bilər.

Kardioloq Prof. Dr. Telat Keleş bildirir ki, yay aylarında ürək xəstələri üçün risk artır. “İnfarkt, hipertoniya və ürək çatışmazlığı olanlar xüsusilə ehtiyatlı olmalıdır. Günorta saatlarında günəşə çıxmaq təhlükəlidir. İdman və fiziki fəaliyyət səhər erkən və ya axşamüstü edilməlidir”, – deyə o qeyd edib.

Psixiatr Prof. Dr. Seda Kiraz isə panik atakların çox vaxt infarktla qarışdırıldığını bildirir: “Panik atak zamanı nəfəs darlığı, ürək döyüntüsü və sinə ağrısı ilə yanaşı, güclü qorxu hissi də olur. Bu simptomlar adətən 15-20 dəqiqə ərzində keçər. Amma davamlı olarsa və ya şəxs əvvəldən ürək xəstəsidirsə, mütləq həkimə müraciət olunmalıdır”.

Kiraz həmçinin vurğulayıb ki, isti hava narahatlıq və gərginliyi artırır, bu da panik atakları daha da tezləşdirə bilər. Belə halların qarşısını almaq üçün düzgün yuxu rejimi, qidalanma və fiziki aktivlik vacibdir.

İsti aylarda infarkt və panik atak riskini qarışdırmamaq üçün simptomlara ciddi yanaşmaq və vaxtında tibbi yardım almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun