Gözəllik-dəb
İtalyanlar saçlarına ildə təxminən
Gözəllik-dəb
430

İtalyanlar saçlarına ildə təxminən 11 milyard avro xərcləyirlər

İtaliyalıların bərbərlərə və saça qulluq vasitələrinə xərclədikləri vəsait ildə 10,8 milyard avro civarındadır.

E-saglam.az xəbər verir ki, bu barədə İtaliya Ekodermatologiya Assosiasiyasının məlumatında deyilir.

Assosiasiyanın prezidenti Puççi Romano bildirib ki, italyanlar baş dərisinə qulluq üçün daha çox diqqət və vəsait ayırırlar. Belə ki, insanların saça qulluq vasitələrinə xərclədikləri vəsait ildə 1 milyard avronu ötür. Ailələr isə bərbərlərin göstərdiyi xidmətlərə (kəsim, saç düzümü, müalicə, rəngləmə və sair.) ildə təxminən 9,9 milyard avro xərcləyirlər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun