Tibbi xəbərlər
Kardioloq infarktın
Tibbi xəbərlər
143

Kardioloq infarktın gizli bir əlamətini açıqladı

İnfarkt hər zaman kəskin sinə ağrısı ilə başlamaya bilər. Bəzi hallarda daha incə və gözlənilməz simptomlarla özünü göstərə bilər.

E-saglam.az xəbər verir ki, kardioloq Aleksandr Roqaçev bildirir ki, ağızın sol tərəfində yaranan diş ağrısı infarktın xəbərçisi ola bilər. Bu əlamət bəzən soyuq tər ilə müşayiət olunur.

Onun sözlərinə görə, qəfil yaranan səbəbsiz narahatlıq, panik hissi və psixoemosional gərginlik də diqqətdən kənarda qalmamalıdır.

Bundan əlavə, nəfəs darlığı, başgicəllənmə və bədən temperaturunun artması kimi əlamətlər də risk siqnalları hesab olunur.

Həkim vurğulayır ki, bu cür simptomlar müşahidə olunarsa, gözləmək təhlükəlidir. Vaxt itirmədən təcili tibbi yardım çağırmaq həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun