Tibbi xəbərlər
Kəkələmə və demans arasındakı əlaqə var? -
Tibbi xəbərlər
122

Kəkələmə və demans arasındakı əlaqə var? - Nevroloq aydınlıq gətirdi

Nevroloq və neyrofizioloq Valeri Novoselov kəkələmə ilə demans arasındakı əlaqəyə aydınlıq gətirib.

E-saglam.az xəbər verir ki, o bildirib ki, uşaqlıqda kəkələyən şəxslərdə bu problemin sonradan demansa çevrilməsi elmi olaraq sübut olunmayıb.

Həkim Hollivud aktyoru Brüs Uillisin uşaqlıqda kəkələdiyini xatırladaraq qeyd edib ki, bu, onun hazırda yaşadığı frontotemporal demensiyanın səbəbi deyil. Bu tip demans beynin alın və gicgah paylarının zədələnməsi ilə bağlıdır və yüksək kortikal funksiyaların pozulması ilə nəticələnir.

Novoselov vurğulayıb ki, kəkələmə və demansın yaranma mexanizmləri tamamilə fərqlidir. Bu baxımdan kəkələmə demans üçün risk faktoru hesab olunmur.

Xatırladaq ki, son məlumatlara görə, Brüs Uillisin vəziyyəti daha da ağırlaşıb, aktyor danışmaqda və oxumaqda çətinlik çəkir, həmçinin hərəkət pozğunluqları müşahidə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun