Onkoloq Vladimir İvaşkov köhnə döşəklərin vaxtında dəyişdirilməməsinin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib və təhlükəli döşəyin əsas əlamətlərini açıqlayıb.
E-saglam.az xəbər verir ki, həkim bu barədə öz Telegram kanalında məlumat verib.
Həkimin sözlərinə görə, döşək xarici görünüşcə yaxşı vəziyyətdə olsa belə, hər yeddi-səkkiz ildən bir yenisi ilə əvəz olunmalıdır. Bununla belə, bəzi hallarda onu daha tez dəyişdirmək zərurəti yarana bilər.
İvaşkov qeyd edib ki, döşəkdə əziklər və ya çökəkliklər yaranarsa, bu artıq onun funksiyasını itirdiyini göstərir. Əgər döşək əvvəlki formasını bərpa etmirsə, bu, yuxu zamanı onurğanın düzgün vəziyyətdə olmaması deməkdir və uzunmüddətli problemlərə yol aça bilər.
Bundan əlavə, səhər oyandıqdan sonra boyun, çiyin, bel və omba nahiyəsində ağrı hiss olunması da döşəyin yararsız hala düşdüyünün göstəricisidir. Materialların aşınması isə hava dövranını pozur və gecələr həddindən artıq istilik hissinə səbəb ola bilər.
Həkim əlavə edib ki, tez-tez öskürək, allergik reaksiyaların artması kimi hallar da döşəyin dəyişdirilməli olduğunu göstərə bilər. Bu cür simptomlar adətən döşəkdə toplanan toz gənələri, kif və bakteriyalarla əlaqəli olur.
Tərcümə: Könül Oruc