Qidalanma
"Köpdən əziyyət çəkənlər əvvəlcə həyat tərzini dəyişdirməlidir" - QİDA EKSPERTİ
Qidalanma
809

"Köpdən əziyyət çəkənlər əvvəlcə həyat tərzini dəyişdirməlidir" - QİDA EKSPERTİ

Hal-hazırda insanların əksəriyyətində köp problemləri yaranıb.

Bəs biz niyə köpürük?

E-saglam.az bildirir ki, qida eksperti Fərid Səfərov deyir ki, köp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır, narahatçılığa və sancılara səbəb olur.

Köpün yaranmasının bir neçə səbəbi ola bilər:

- düzgün qidalanmamaq.

- qəbizlik.

- hava udmaq, yəni, sürətli yemək və su içmək, saqqız çeynəmək, siqaret çəkmək, yemək yeyərkən danışmaq və.s.

- çölyak xəstəliyi.

- lifli qidaların normadan artıq qəbulu.

- bağırsaq iltihabı.

- mədə mənşəli problemlər.

- fermentativ aktivliyin aşağı olması.

- ağır yük götürmək.

Bəs köpün qarşısını necə ala bilərik?

Köpdən əziyyət çəkənlər əvvəlcə həyat tərzini dəyişdirməlidir, çox gəzməli, meyvə, tərəvəz, salat və göyərti çeşidlərini yeməkdən 30-60 dəqiqə əvvəl yeməlidirlər.

- yeməyi ağızda yaxşı çeynəməli və sürətli yeməkdən çəkinməliyik.

- oturaq həyat tərzi kecirtməməli, mütəmadi idmanla məşğul olmalıyıq.

- gündəlik normada su qəbul etməliyik.

- yağlı və qızardılmış yeməklərdən, spirtli və qazlı içkilərdən, şəkərli və unlu məhsullardan çox az istifadə etməliyik.

- sağlam və az qidalanmalıyıq.

- axşam yeməyində daha yüngül yeməklər yeməliyik.

Bütün bu sadalananlardan sonra əgər köp problemi davam edirsə mütləq şəkildə həkimə müraciət etməyiniz tövsiyə olunur.

Gəlin, sağlamlığımızı birlikdə qoruyaq!

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun