Qidalanma
Köpü aradan qaldırmaq üçün effektiv VASİTƏLƏR
Qidalanma
629

Köpü aradan qaldırmaq üçün effektiv VASİTƏLƏR

Meteorizm, mədə-bağırsaq problemi olub, bağırsaqlarda şişkinlik, qarında köp yaranmasıdır.

E-saglam.az köpü aradan qaldırmaq üçün vasitələr təqdim edir: 

- Yeməkdən əvvəl boymadərən ərağı (alkoqolu yoxdur) 2 xörək qaşığı, yarım stəkan suya qarışdırıb içə bilərsiniz.

- 1 xörək qaşığı qaraqınıq, 1 xörək qaşığı razyana götürüb 3 stəkan suda 5 dəq. qaynadın. Süzüb, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.

- Yeməkdən sonra gəzmək köpü çıxarır.

- Gündə 1 saat yeyin-yeyin gəzənlərdə köp az olur və ya olmur.

- Yeməkdən əvvəl 1 xörək qaşığı alma sirkəsini yarım stəkan suya qarışdırıb içəndə köp azalır.

- Yeməkləri tərxun, turp, Keşniş, cəfəri kimi göyərtilərlə yeyəndə köp azalır.

- Yeməkləri bir-birinə qarışdıranda köp çoxalır.

- Çox köpdən əziyyət çəkən insanlar gündə 2 dəfə qidalansın. Bu, köpünüz həddindən artıq azaldacaqdır.

- Yeməklərə xardal, istiot, toz zəncəfil, pul bibər tozu qarışdırıb yeyəndə köp azalır.

- Yeməyin ortasında çox su içmək köpə səbəb ola bilir.

 Mənbə: fizulihuseynov.com

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun