Xəstəliklər
Koronavirusdan qorunmağın qeyri-adi yolu
Xəstəliklər
68

Koronavirusdan qorunmağın qeyri-adi yolu

Soyuqdəymə COVID-19-dan qoruya bilər.

E-saglam.az xəbər verir ki, Yale Universitetinin alimləri bu nəticəyə gəlib. Onların sözlərinə görə, mexanizm sadədir: yüngül xəstəlik immun sistemini aktivləşdirə bilər.

Mütəxəssislər laboratoriyada tənəffüs yollarının toxumasını böyüdüblər. Sonra soyuqdəyməyə səbəb olan rinovirusu, bundan sonra koronavirusu yoluxdurublar. Rinovirusla təmasdan sonra SARS-CoV-2-nin yayılmasını dayandıran immunitet güclənib.

Araşdırma göstərib ki, ümumi soyuqdəymə virusları COVID-19-un müalicəsi üçün potensial başlanğıc nöqtəsi ola bilər. Bu yanaşma virusların qarşılıqlı əlaqəsinə yeni baxış ortaya qoyur./publika.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun