Xəstəliklər
Körpü-beyincik bağının - ŞİŞLƏRİ
Xəstəliklər
203

Körpü-beyincik bağının - ŞİŞLƏRİ

VIII sinirin nevrinoması Bu kəllədaxili şişlərin ən çox təsadüf olunan növüdür

Xəstəlik əsasən 20-40 yaşlı adamlar arasında yayılaraq kişilərə nisbətən qadınlarda 2 dəfə artıq rast gəlinir. Xəstəlik çox yavaş, 2-4 il ərzində inkişaf edir.VIII sinirin nevrinoması kliniki şəklinə görə 4 mərhələdə keçir.

Birinci mərhələdə sinirin izolə olunmuş zədələnməsi əlamətləri üzə çıxır. Bu zaman xəstələrdə tədricən bir qulağın tutulması baş verir ki, bu başgicəllənməsi ilə xarakterizə edilir.

İkinci mərhələdə - çeynəmə əzələlərinin atrofiyası özünü burunun selikli qişasında, üzdə hissiyyatın zəifləməsi ilə biruzə verir.Bu zaman xəstələrdə dad hissiyyatı da pozulur.

Üçüncü mərhələ - baş ağrıları və görməsinirinin pozulması ilə xarakterizə edilir.

Dördüncü mərhələ - disfaqiya, distoniya, dildə dadbilmə hissinin pozulması ilə üzə çıxır. Bu mərhələdə xəstələrdə tənəffüs pozulmaları müşahidə edilir.

VIII sinirin nevrinoması xəstələrdə aşağıdakı patologiyaların meydana çıxmasına səbəb olur:

- süstlük,əzginlik

- yaddaşın zəifləməsi

- fiziki gücün azalması

- durğunluq

- kəllədaxili təzyiqin artması./milli.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun