Qidalanma
Marketdən aldığınız məhsulda “E621” etiketi varsa,
Qidalanma
192

Marketdən aldığınız məhsulda “E621” etiketi varsa, onu dərhal geri qaytarın

Son illərdə əvvəlcədən qablaşdırılan qidaların geniş yayılması ilə birlikdə “E621” koduna daha tez-tez rast gəlirik. Bu maddə ləzzət artırıcı kimi istifadə olunsa da, sağlamlıq üçün təhlükə yarada bilər.

Bəs E621 nədir və hansı məhsullarda daha çox olur?

E-saglam.az sözügedən mövzu ilə bağlı araşdırmanı təqdim edir:

E621 nədir?

E621 – monosodium glutamat (MSG) olaraq da tanınır. Əsasən “umami” adlanan beşinci dadı gücləndirmək üçün istifadə olunur. Ən çox Asiya mətbəxində, xüsusilə də Çin restoranlarında tətbiq edilir. Ancaq hazırda çipslərdən dondurulmuş pizzalara qədər bir çox gündəlik qidada bu maddəyə rast gəlinir.

E621-in əlavə olunduğu əsas qidalar:

  • Çips və duzlu qəlyanaltılar

  • Hazır şorbalar və bulyon tabletləri

  • Dondurulmuş pizzalar

  • Hazır əriştə məhsulları

  • Konservləşdirilmiş yeməklər

  • Qablaşdırılmış souslar

  • Emal olunmuş ət məhsulları (kolbasa, salam, sosis)

Sağlamlığa təsirləri

Tədqiqatlar göstərir ki, E621 uzun müddətdə sağlamlığa zərər verə bilər. Mütəxəssislər bu maddənin aşağıdakı təsirlərini qeyd edirlər:

  • Baş ağrıları və miqren tutmaları

  • Allergik reaksiyalar

  • Uşaqlarda hiperaktivlik və diqqət pozuntusu

  • Piylənmə və insulin müqaviməti

  • Sinir sistemi üzərində mənfi təsirlər

Bəzi insanlarda isə MSG həssaslığı yaranaraq ürəkbulanma, tərləmə, çarpıntı və halsızlıqla müşahidə edilə bilər. Bu hal "Çin restoranı sindromu" kimi tanınır.

Niyə E621-dən uzaq durmalıyıq?

Bu qatqı qidaların təbii dadını kölgədə qoyaraq insanı daha çox yeməyə sövq edə bilər. Uzun müddət bu tip qidaların istehlakı çəki artımı və metabolik pozuntulara səbəb ola bilər.

E621-dən qorunmaq üçün nə etməli?

  • Etiketləri oxuyun: “E621”, “monosodium glutamat” və ya “MSG” yazılmış məhsullardan uzaq durun.

  • Təbii və evdə hazırlanan qidalara üstünlük verin.

  • Üzvi və qatqısız məhsulları seçin.

  • Uşaqların qida rasionuna xüsusi diqqət yetirin – mümkün qədər təbii qidalarla bəsləyin.

Daha sağlam qidalanmaq və uzunmüddətli fəsadlardan qorunmaq üçün E621 tərkibli məhsullardan uzaq durmaq vacibdir. Qidaların tərkibini diqqətlə yoxlayın və mümkün qədər təbii, evdə hazırlanmış yeməklərə üstünlük verin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun