Xəstəliklər
Mədə mikrobu hansı fəsadlara yol aça bilər?
Xəstəliklər
42

Mədə mikrobu hansı fəsadlara yol aça bilər?

Bilin və agah olun ki, dünyada yaşayan insanların 50%-i Helicobakter Pilori deyilən mədə bakteriyasının daşıyıcısıdır.

E-saglam.az xəbər verir ki, bəzi insanlarda bu simptomsuz getsə də bəzilərində ciddi xəstəliklərə səbəb olur.

H.Piloriyə yoluxan insanlarda sıx rast gəlinən simptomlar bunlardır:

- epiqastral hissədə ağrı,

- yanma hissi,

- köp,

- qıcqırma,

- gəyirmə,

- ürəkbulanma,

- qusma,

- nəcisin rənginin tündləşməsi və s.

H.Pilori ilə əlaqəli xəstəliklər:

- A və B tip Qastritlər

- Mədə və 12 barmaq bağırsaq yarası

- Gastroezofaqeal reflüks xəstəliyi

- Mədə xərçəngi

- Gastrik limfoma

- Dispepsiya

H.Pilori qram (-) ,hərəkətli və spiralşəkilli bakteriyadır. Fekal-oral yolla yoluxur (yediyimiz qidalardan, sudan, qab-qacaqdan və s.).

H.Pilorinin diaqnostikasında bir neçe metodlar var:

Bunlardan qisa zamanda neticə verən, ucuz maddiyyat tələb edən, dəqiq və spesifik üsul "Ureaz testi"-dir. Eyni zamanda xəstə həm endoskopik müayinə olunur, həm də mədə bakteriyası yoxlanılır.

H.Pilori zamanında aşkar olunub aradan qaldırılmazsa aşağıdakı ardıcıllıqla xəstəlik inkişaf ede bilər:

Səthi qastrit → Atrofik qastrit → İntestinal Metaplaziya → Mədə xərçəngi

Digər xəstəliklər kimi H.Pilori də zamanında aşkar olunarsa konservativ müalicə ilə aradan qaldırılması mümkündür./saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun