Tibbi xəbərlər
Meduza sizi sancdıqda nə etməlisiniz? -
Tibbi xəbərlər
107

Meduza sizi sancdıqda nə etməlisiniz? - Mütəxəssis izah etdi

Piroqov Universitetinin əməkdaşı Aleksey Reşetun meduza sancan zaman nə etməli olduğunuzu izah edib.

E-saglam.az-ın məlumatına görə, o bildirib ki, meduza sizi sancırsa, dərhal sudan çıxmaq vacibdir, çünki orqanizmin reaksiyası gözlənilməz ola bilər.

Sonra təsirlənmiş ərazini dəniz suyu ilə (təzə su deyil!) yaxalamaq və şişkinliyi azaltmaq üçün parçaya bükülmüş buz tətbiq etməlisiniz. Bir neçə gün ərzində antihistaminiklər qəbul etmək də tövsiyə olunur.

Mütəxəssis xalq üsullarından istifadə etməmək barədə xəbərdarlıq edib: "Təraş köpüyü, sidik, heç bir şey istifadə edilə bilməz. Meduza ilə təmasda olan səthi müalicə edərkən hətta şirin sudan istifadə edilə bilməz".

Aleksey Reşetun xəbərdar etdi ki, özünüzü pis hiss etsəniz, dərhal tibbi yardım çağırmalısınız.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun