Qidalanma
Məşhur səhər yeməyinin xərçəng riskini
Qidalanma
78

Məşhur səhər yeməyinin xərçəng riskini artırdığı ortaya çıxdı

Milyonlarla insanın sevdiyi və “günahsız” hesab etdiyi bəzi səhər yeməklərinin sağlamlığa ciddi ziyan vura biləcəyi müəyyən edilib.

E-saglam.az-ın məlumatına görə, yeni araşdırma göstərib ki, həddindən artıq işlənmiş qidalar (UPF) xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.

Uzun illərdir donuz əti və kolbasa kimi işlənmiş ətlərin xərçənglə əlaqəli olduğu məlumdur. Lakin indi şəkərli qarğıdalı lopaları kimi “zərərsiz” görünən taxıl məhsullarının da oxşar risk daşıdığı ortaya çıxıb. Uşaqlar və böyüklər arasında dünya miqyasında geniş istehlak olunan bu xırtıldayan məhsullar, rəngləndiricilər, dadlandırıcılar, qalınlaşdırıcılar və konservantlar kimi çoxsaylı əlavələr ehtiva edir və “ultra işlənmiş qidalar” qrupuna daxildir.

Xərçəng riski 12% artır

İngiltərəli alimlərin BMJ jurnalında dərc etdiyi səkkizillik araşdırmaya görə, gündəlik qidalanmada ultra işlənmiş qidaların payının hər 10% artması, ümumi xərçəng riskini 12%, döş xərçəngi riskini isə 11% artırır. Araşdırmada ən güclü əlaqə şəkərli qarğıdalı lopaları kimi UPF məhsulları ilə döş xərçəngi arasında müşahidə olunub.

Tədqiqatda 100 mindən çox yetkin iştirak edib. Onlar mütəmadi olaraq qidalanma vərdişləri barədə məlumat verib və tibbi müayinədən keçiblər. Araşdırma dövründə 2 200-dən çox xərçəng hadisəsi qeydə alınıb, bunlardan 739-u döş xərçəngi olub.

Alimlər bildirirlər ki, hətta “balanslı səhər yeməyi” kimi təqdim edilən bəzi məhsullar belə gizli sağlamlıq riskləri daşıya bilər. Mütəxəssislər ultra işlənmiş qidaların istehlakını minimuma endirməyi və təzə, təbii məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun