Faydalı
Min illik müalicə: Arıqlamağa kömək etdiyi
Faydalı
122

Min illik müalicə: Arıqlamağa kömək etdiyi sübut edildi

Min illərdir müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan biyan kökünün arıqlamağa da kömək etdiyi elmi olaraq təsdiqlənib.

E-saglam.az-ın məlumatına görə, araşdırmalara görə, biyan kökü bədən yağının azalmasına təsir göstərə bilir. Bu təsir kortizol hormonunu parçalayan və onu kortizona çevirən fermentin fəaliyyətini bloklamaqla əldə olunur. Kortizol səviyyəsinin yüksəkliyi, xüsusən üz və qarın bölgəsində yağ yığılmasına səbəb ola bilər. Mütəxəssislər səhər saatlarında biyan kökünün qəbulunun daha faydalı ola biləcəyini bildirirlər.

Elmi nəticələr

Bir araşdırmada iştirakçılar gündə 3,5 qram biyan kökü qəbul ediblər. İki ayın sonunda bədən yağ kütləsində əhəmiyyətli azalma qeydə alınıb. Digər bir tədqiqatda səkkiz həftə ərzində gündəlik 900 mq biyan flavonoid yağı qəbul edən şəxslərdə bədən çəkisi, bədən kütləsi indeksi, bədən yağı və pis xolesterol səviyyələrində azalma müşahidə edilib.

Biyan kökünü həddindən artıq qəbul etmək orqanizmin su-tuz balansını poza və qan təzyiqində dəyişkənliyə səbəb ola bilər. O, həmçinin bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər:
– Qan təzyiqi dərmanları
– Qan durulaşdırıcılar
– Xolesterol salıcı dərmanlar
– Diuretiklər
– Estrogen ehtiva edən doğuşa nəzarət həbləri
– Qeyri-steroid iltihabəleyhinə dərmanlar

Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Qida Elmi Komitəsi glycyrrizinin gündə 100 mq-dan çox qəbul edilməməsini tövsiyə edir. Yüksək qan təzyiqi, ürək xəstəliyi, böyrək problemi olanlar, hamilə və ya əmizdirən qadınlar istifadədən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Necə istifadə olunmalı?

Biyan kökü çay və ya qida əlavəsi şəklində qəbul edilə bilər. Təhlükəsiz istehlak üçün gündə yarım fincan çay tövsiyə olunur. Qablaşdırmada tərkib siyahısına diqqət etmək vacibdir, çünki bəzi məhsullar biyan dadı versə də, əsl biyan kökü ehtiva etmir.

Biyan kökündəki qlikirizik və qlikiretik turşular təkcə arıqlamaya deyil, mədə yanması, xora kimi həzm problemlərinə və bəzi dəri xəstəliklərinə də fayda verir. Bu səbəbdən biyan ekstraktı bir çox dəriyə qulluq məhsullarının tərkibinə daxil edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun