Tibbi xəbərlər
Miokard infarktı riskini göstərən mühüm
Tibbi xəbərlər
157

Miokard infarktı riskini göstərən mühüm test müəyyən edilib

Kardioloq Aurelio Rojas Vanitatis ilə söhbətində infarkt riskini göstərən mühüm qan testindən danışıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yüksək həssaslıqlı C-reaktiv zülal (CRP) testi bədəndə gizli gedən, lakin damarları tədricən zədələyən aşağı səviyyəli iltihabı aşkar edə bilir.

Rojas bildirib ki, bu göstərici xolesterol səviyyələri normal olsa belə yüksək ola bilər və infarkt riskini artırır.

Həkim qeyd edib ki, CRP göstəricisi laboratoriyaların normal aralığına uyğun qiymətləndirilməlidir. Əgər səviyyə yüksəkdirsə, onu dərmansız da azaltmaq mümkündür.

Rojas aşağıdakı profilaktik tədbirləri tövsiyə edir:

  • balanslı və sağlam qidalanma

  • müntəzəm fiziki aktivlik

  • çəkiyə nəzarət

  • keyfiyyətli yuxu

  • siqaretdən imtina

Bu sadə həyat tərzi dəyişiklikləri infarkt riskini azaldaraq ürək sağlamlığını qorumağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun