Faydalı
Müalicəvi ilikli sümük suyu - Hazırlanma qaydası
Faydalı
56

Müalicəvi ilikli sümük suyu - Hazırlanma qaydası

Qədimdən və elə indi də xəstələrin müalicəsində, tez ayağa qalxmasında birinci tövsiyə edilən yemək, elə bədənin də tələb etdiyi yemək sümük suyu, bulyonudur.

Əsl, müalicəvi ilikli sümük suyunun hazırlanması asan deyil, zəhmətli işdir.E-saglam.az  bilirir ki, sümük suyu hüceyrə yeniləyir, sağlam hüceyrələri artırır.

Hazırlanması:

Sümük suyu normalda 8-10 saat çox vam odda qaynadılıb bişirilir.

Yalnız bu müddətdə bişdikdə sümükdə və ilikdə olan vitamin,

minerallar, kollagen, prolin, amin turşular tamamilə ayrılıb suya keçir.

Kalsium, fosfor, maqneziumla zəngin sümük iliyi suyunda karbohidrat olmadığı üçün istənilən qədər içilə bilər, piylənmə, yağlanma vermir.

Sümük suyu necə içilir?

Elə adi su, çay kimi, 1 stəkan ilıq sümük suyuna bir az istiot və ədviyyatlar əlavə edib içə bilərsiz.

Böyüməkdə olan uşaq, yeniyetmə orqanizmi üçün, eləcə də sümük əriməsi, osteoporoz yaşayan insanlar həftədə 3 dəfə sümük suyu içməlidir.

Hər dəfə gün ərzində 1-2 stəkan kifayət edir./milli.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun