Qidalanma
Mütəxəssislər xəbərdarlıq edir: Xaş əvəzinə
Qidalanma
124

Mütəxəssislər xəbərdarlıq edir: Xaş əvəzinə bu şorbanı için

Qışın əsas qidası olan xaş ilə bağlı əhəmiyyətli xəbərdarlıq edilib.

E-saglam.az-ın məlumatına görə, mütəxəssislər bu şorbanın həddindən artıq istehlakının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq etmiş və alternativ olaraq treska balığını tövsiyə etmişlər.

Xaş xırda və iri buynuzlu mal-qaranın baş və ayağından hazırlanır. Həm baş, həm də ayaqlar yüksək miqdarda kollagen ehtiva edir. Buna görə də xaş immunitet sistemini gücləndirir, xəstəliklərdən qoruyur, tərkibindəki omeqa-3 ilə beyin sağlamlığını dəstəkləyir. Müntəzəm və ölçülü istehlak edildikdə soyuqdəymə, qrip kimi xəstəliklərə qarşı təsirlidir.

Bununla belə, araşdırmalar göstərdi ki, xaşın həddindən artıq istehlakı qaraciyər və böyrək sağlamlığına zərər verə bilər. Ənənəvi olaraq oynaq ağrılarına faydalı olduğu bilinən kollagen, həddindən artıq istehlak edildikdə bu orqanlara mənfi təsir göstərə bilər.

Mütəxəssislər oynaqların sağlamlığını dəstəkləmək və immunitet sistemini gücləndirmək üçün diyetinizə treska balığı əlavə etməyi məsləhət görürlər. Xüsusilə treska balığının dərisindən çıxarılan kollagen peptidlərinin oynaq ağrılarına faydalı olduğu və sağalma prosesini dəstəklədiyi bildirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun