Faydalı
Nə etsəniz də, bankanın qapağı açılmır? -
Faydalı
489

Nə etsəniz də, bankanın qapağı açılmır? - Bu sadə üsulla açılmayan banka qalmayacaq

Mətbəxdə sıx bağlanmış bankaların qapağını aça bilməmək bir çox insanın qarşılaşdığı tanış problemdir. Xüsusilə mürəbbə, turşu və konserv bankaları bəzən o qədər bərk bağlanır ki, nə qədər cəhd etsəniz də açılmır.

E-saglam.az xəbər verir ki, amma artıq narahat olmağa dəyməz! “Taxta qaşıq üsulu” ilə bu problemi saniyələr içində həll etmək mümkündür.

Necə tətbiq edilir?

Bankanı tərs çevirin – qapaq aşağıya baxsın.

Taxta qaşıqla bankanın dibinə (şüşə hissəsinə) bir neçə dəfə ritmik şəkildə, yüngülcə vurun.

Sonra bankanı normal vəziyyətə gətirib yenidən açmağa çalışın – qapaq asanlıqla açılacaq.

Bu üsul niyə effektlidir?

Bankalar bağlanarkən içindəki hava çəkilir və vakuum yaranır. Taxta qaşıqla vurduqda bu vakuum pozulur və qapaq boşalır.

Niyə məhz taxta qaşıq?

– Şüşəni cızmaz, təhlükəsizdir.

– Kifayət qədər sərt və təsirli vasitədir.

– Metal və ya plastik qaşıqlardan daha uyğundur.

Əlavə ipucu:

– Rezin əlcək taxaraq qapağı daha rahat tutmaq olar.

– Qapağı bir neçə dəqiqə isti suda saxlamaq da açılmasını asanlaşdırır.

Sadə və təhlükəsiz bu üsulu sınayın – artıq banka qapaqları sizi yormayacaq!

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun