Qidalanma
Nə qatıq, nə də kefir:
Qidalanma
97

Nə qatıq, nə də kefir: Ən çox probiotik bu qidadadır

Qatıq və kefir ən məşhur probiotik mənbələri sayılsa da, son araşdırmalar daha güclü alternativlərə diqqət çəkir

E-saglam.az xəbər verir ki, fermentləşdirilmiş Koreya yeməyi kimçi və içilə bilən çay əsaslı içki kombuça, həm probiotik baxımından zənginliyi, həm də maddələr mübadiləsinə və bağırsaq sağlamlığına təsirləri ilə fərqlənir.

Kimçi: lifli, ədviyyatlı və faydalı bakteriyalarla zəngin

Koreya mətbəxinə məxsus kimçi – kələm, sarımsaq, zəncəfil və qırmızı bibər kimi inqrediyentlərlə fermentləşdirilmiş tərəvəz qarışığıdır. Tərkibindəki Lactobacillus plantarum bakteriyası bağırsaq florasının zənginləşməsinə kömək edir. 2024-cü ildə aparılan bir araşdırma göstərib ki, kimçi istehlakı qıcıqlanmış bağırsaq sindromunun (İBS) əlamətlərini azaldır, bağırsaq iltihabını sakitləşdirir.

Liflə zəngin olduğu üçün kimçi təkcə həzmi tənzimləmir, həm də çəkiyə nəzarətdə rol oynayır. Mütəxəssislər kimçinin müntəzəm istehlakını bağırsaq sağlamlığının bərpası üçün təbii və təsirli üsul kimi tövsiyə edirlər.

Kombuça: içilə bilən detoks və probiotik dəstək

Fermentasiya olunmuş çay əsasında hazırlanan kombuça içkisi də probiotiklərlə zəngindir. LactobacillusBifidobacterium növlərini artıraraq, xüsusilə antibiotik istifadəsindən sonra bağırsaq mikroflorasını bərpa etməyə kömək edir.

2024-cü il araşdırmaları göstərib ki, kombuça istehlakı şişkinlik, qəbizlik və həzmsizlik kimi problemləri azaldır. İçərisindəki qlükuron turşusu isə qaraciyərin təmizlənməsinə və immun sisteminin güclənməsinə töhfə verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun