Gündəlik bal istehlakı orqanizmin sağlamlığı üçün çoxsaylı faydalar təmin edir.
E-saglam.az xəbər verir ki, bu təbii məhsul həm immuniteti gücləndirir, həm də enerji və yaxşı yuxu üçün faydalıdır.
Bal yalnız dadlı deyil, həm də sağlamlığa çoxsaylı faydalar gətirən təbii məhsuldur. Gündə bir xörək qaşığı balın təsirini hiss etməyə başlaya bilərsiniz.
Dərinin təmizlənməsi
Bal antioksidant xüsusiyyətə malikdir. Müntəzəm istifadəsi toksinlərin orqanizmdən çıxarılmasına kömək edir. Eyni zamanda antibakterial təsiri dərinin sağlamlığı üçün faydalıdır.
Çəki nəzarəti
Bal şəkərin əvəzinə istifadə oluna bilər. Onun tərkibi digər şəkərlərdən fərqlidir və metabolizmi sürətləndirərək arıqlamağa dəstək olur.
Xolesterinin azalması
Bal xolesterin daşımır, əksinə, tərkibindəki vitamin və minerallar ilə pis xolesterinin azalmasına kömək edir.
Ürək sağlamlığı
Balın antioksidantları damarların daralmasının qarşısını alır, yaddaş problemləri, ürək çatışmazlığı və baş ağrılarının riskini azaldır.
Yaddaşı gücləndirir
Araşdırmalar göstərir ki, bal streslə mübarizə aparır, yaddaşı yaxşılaşdırır və hüceyrələrin antioksidant sistemini bərpa edir. Bal kalsium tərkibi sayəsində beyinə faydalıdır.
Yuxunu yaxşılaşdırır
Bal qanda insulin səviyyəsini artırır, bu da serotoninin artmasına, daha sonra isə melatoninə çevrilməsinə səbəb olur. Bu hormon isə yaxşı yuxu üçün vacibdir.
Mədə sağlamlığı
Bal antiseptik xüsusiyyətlərə malikdir. 1 xörək qaşığı balı aç qarına qəbul etmək həzm sistemini qoruyur, mədədəki bakteriyaları yox edir və kiçik yara və iltihabları sağaldır.
Stressin azaldılması
Bal sinir sistemini sakitləşdirir, yorğunluğu azaldır və psixoloji rahatlıq təmin edir. İçərisindəki qlükoza neyronların normal işləməsi üçün vacibdir və sürətlə qan dövranına daxil olur.
Nəzrin Abbas
E-saglam.az